IT Biznes analitika geniş sahədir — yeni başlayanlar üçün də, illərlə işləyənlər üçün də. Aşağıdan özünə uyğun yolu seç, biz qalan addımları sənin üçün hazırlamışıq.
Sən fərqli sahədən gəlirsən, ya təhsilini bitirməyə yaxınsan, ya da peşə dəyişdirmək istəyirsən. IT BA-nın nə olduğunu bilirsən, amma “haradan başlamalıyam?” sualı qarşında durur.
Sən artıq junior, mid və ya senior IT BA olaraq işləyirsən. Konkret mövzularda dərinləşmək, yeni texnikalar öyrənmək və ya unutduğun şeyləri yenidən təkrarlamaq istəyirsən.
Özünü hansı təsvirdə görürsənsə, o yolu seç.
Hər iki yol bu əsas mövzuları əhatə edir.
Tələblərin toplanması, analizi və sənədləşdirilməsi.
İstifadəçi baxımından tələb yazma və qəbul meyarları.
Biznes proseslərinin vizual modelləşdirilməsi.
Maraqlı tərəflərin analizi və gözləntilərin idarəsi.
Scrum komandasında IT BA rolu, backlog və sprintlər.
IT BA işində süni intellektdən səmərəli istifadə.
Narahat olma — əsasları öyrənəndən sonra növbəti addımlar özü aydın olacaq.
Yeni başlayanlar yoluna keç